Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 79 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Globalinfo.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.
Yeraltı təkanlar 15 km dərinlikdə qeydə alınıb.
***13:24
Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.
Nazirlikdən Globalinfo.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.
***13:08
Laçında baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.
Globalinfo.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.
***12:32
Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Globalinfo.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.