Azərbaycanda yeni təhsil mərkəzi açıldı – FOTOLAR

79a1a4ea 75ae 42c5 8594 9cfd35639dd8

Ucarda EL school Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

Globalinfo.az xəbər verir ki, Mərkəzin meneceri Düranə Əhmədova “EL school”un Avropa standartlarına uyğun təhsil ocağı olduğunu bildirib.

O qeyd edib ki, EL school Təhsil Mərkəzinin təsisçisi və direktoru tanınmış yazıçı və jurnalist Elçin Aslangildir.

“EL school Təhsil Mərkəzində 1-ci sinifdən, 11-ci sinfə qədər şagirdlər təhsil alır. 10 və 11-ci sinif şagirdlərinə abituriyent hazırlıqları yüksək səviyyədə tədris olunur. Bundan başqa, EL school Təhsil Mərkəzində müəllimlərin işə qəbulu (MİQ) hazırlığı, eləcə də 5 yaşlı uşaqlar üçün təlim və tədris mövcuddur”.

“EL school”da şagirdlərə rəssamlıq və piroqrafiya, ingilis dilindən danışıq kursları da təşkil ediləcək. Şagirdlərin motivasiyasını təşkil etmək üçün burada kino klubu, kitab klubu, ayda iki dəfə elm və sənət adamları ilə onlayn görüşlər, eləcə də nitq mədəniyyəti təlimləri ödənişsiz olacaq.

469e578a e4e8 4a92 a264 45f7d646d9a8 d5426cb8 33f5 4c95 8202 431242767b59