Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 26 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 6 nəfər isə sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 380 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 867 nəfər müalicə olunaraq sağalıb, hazırda 272 aktiv xəstə var. Bu günə qədər 10 241 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 753, bu günə qədər isə ümumilikdə 7 590 257 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 228 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 874 olub