Azərbaycana təxliyə olunanlar arasında o da var

Screenshot 2025 06 14 182426

Tanınmış rusiyalı aktyor Nikita Koloqrivı İrandan Azərbaycana təxliyə edilənlər arasında olub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a telefonla açıqlamasında rejissor Fyodor Bondarçukun çəkiliş qrupunun icraçı prodüseri Alya Somkina məlumat verib.

“Qrupumuz müxtəlif şəhərlərdən olan insanlardan ibarətdir”, – deyə Somkina bildirib.

Onun sözlərinə görə, təxliyə olunanlar arasında aktyorlar Nikita Koloqrivı, Nikolay Kozak, İrina Pautova və “Tanrı olmaq çətindir” serialında baş rolu canlandıran Aleksandr Radoyçiç də var.

Xatırladaq ki, İranda yaranmış gərgin vəziyyətlə əlaqədar əcnəbi vətəndaşların Azərbaycana təxliyəsi həyata keçirilib. Onların arasında 90 nəfər Rusiya vətəndaşı var.

Aysel Əliyeva
Globalinfo.az