Ilham Eliyev

Hər il yeni uğurlara imza atan Cənab Prezident, İlham Heydər oğlu Əliyev bu gün 62 yaşını qeyd edir. Bu şərəfli həyatın böyük qismi xalqına və ölkəsinə həsr edilib. Əvvəlcə SOCAR-ın vitse-prezidenti və Milli Olimpiya Komitəsinin Sədri, sonra Azərbaycanın Baş naziri vəzifəsində çalışmış Prezidentimiz ölkəmizin ən ağır və ən sevincli günlərində xalqı ilə yanaşı dayanıb və son iyirmi ilin uğurlarının memarı olub.

Bu günlərdə Cənab Prezidentə dünyanın müxtəlif yerlərindən təbrik məktubları gəlir və bir çoxunda təbriklə yanaşı Azərbaycanın Moldovaya, Ukraynaya və başqa ölkələrə dəstəyi üçün təşəkkür bildirilir. İlham Əliyev Azərbaycanı beynəlxalq arenada belə bir zirvəyə çatdırıb ki, bu gün əhalisi və ərazisinə görə kiçik, lakin öz roluna görə böyük olan ölkəmiz beynəlxalq proseslərdə mühüm yer tutur, ümumbəşəri problemlərin həllinə vacib töfhələr verir.

Bütün bu uğurların arxasında Cənab Prezidentin müdrikliyi və cəsarəti dayanır. Builki 23 saatlıq və Qarabağın qanunsuz silahlı qüvvələrdən azad olunması, Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə nəticələn hərbi əməliyyat həmin müdriklik və cəsarətin təzahürüdür. Beynəlxalq təzyiqlər, Fransa, ABŞ, Almaniya, Avropa İttifaqı, İran və digər separatçı havadarlarının Azərbaycana qarşı addımlarına rəğmən, Cənab Prezident öz siyasi cəsarətini nümayiş etdirərək ölkəmizə növbəti qələbəni qazandırıb və Qarabağ məsələsində son nöqtəni qoyub. Separatçı başçıların saxlanılması və Bakıya gətirilməsi, antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir ziyanın vurulmaması, Qarabağdan köçən əhalinin çıxışının bütün beynəlxalq standart və qanunlara uyğun təşkil edilməsi, beynəlxalq qurumların bunu müşahidə etmə imkanının yaradılması və digər məsələlərə rəhbərlik Cənab Prezidentin və komandasının yüksək peşəkarlığı, Azərbaycanın mənafeyinə daimi sadiqliyindən xəbər verir.

Bu gün İlham Əliyevin 62 yaşı tamam olur. Siyasətçi üçün bu, gənc yaşdır və bu yaşa Prezidentimiz ən yüksək nailiyyətlərlə qədəm qoyur. Bizim payımıza düşən ona tələb etdiyi dəstəyi göstərməkdir. Cənab Prezidenti ad günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, bütün istəklərinə çatmasında uğurlar arzulayıram. İlham Əliyevin uğurları Azərbaycanın uğurlarıdır və millətimiz üçün son dərəcədə önəmlidir. Bu gün Prezidentə deyilən bütün arzular Azərbaycana olan arzularımızdır!

WhatsApp Image 2023 12 24 at 00.37.33

Musa Süleymanov
Əməkdar mühəndis
ADO-G Şirkətlər Qrupunun təsisçisi

Paylaş: