Pasinyan 121xerite

AzərbaycanTürkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində də irəliləyirik.

Globalinfo.az APA-ya istinadla bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

    “Çoxqütblü xarici siyasət həyata keçiririk, bunu balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət adlandırırıq. Bu siyasət çərçivəsində biz hazırkı vəziyyətə kifayət qədər həssas yanaşan müxtəlif güc mərkəzləri ilə münasibətlərimizi qoruyub saxlamaq üçün əlaqələrimizi fəallaşdırırıq. Bizim üçün bu balansın əsas əhəmiyyəti və mürəkkəbliyi ondan ibarətdir ki, belə siyasətin əsas məqsədi suverenliyi və müstəqilliyi qorumaq və gücləndirməkdir. Bu strategiyaları hazırlayarkən belə nəticəyə gəlmişik ki, müstəqillik və suverenlik olmadan bu mümkün deyil. Məhz buna görə də qonşularımız İran və Gürcüstanla dostluq münasibətlərimizi dərinləşdirməklə yanaşı, digər iki qonşumuz – AzərbaycanTürkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində də irəliləyirik. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması sayəsində hazırda AzərbaycanTürkiyə ilə dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyirik. Buraya, o cümlədən, TRIPP layihəsinin həyata keçirilməsi də daxildir. Bu, yeni nəqliyyat imkanları açacaq. Bu imkanlar təkcə Şərqdən Qərbə, yəni Xəzər dənizindən Aralıq dənizinə deyil, həm də Cənubdan Şimala – Fars körfəzini Qara dənizlə birləşdirəcək”, – deyə Nikol Paşinyan qeyd edib.

    Paylaş: