Ceyhun Bayramov Çexiya rəsmiləri ilə görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, COP29-la əlaqədar məsələləri və münaqişədən sonrakı regional dinamikanı müzakirə ediblər.

***12:23

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın xarici işlər naziri Jan Lipavski ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş Azərbaycan XİN rəhbərinin Praqaya səfəri çərçivəsində baş tutub.

Azərbaycan və Çexiya XİN rəhbərləri görüşüb