Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib – FOTO

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib.

Globalinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, tanınmış pedaqoq, ictimai xadim və dəyərli ziyalı Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət Kəlbəcərdə çıxan “Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub.

M.Əzizov həm də YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü olub.