5 vilayətdə qiymətləndirmə: Dağılan binaların 96 faizi 1999-cu ildən öncə tikilib

Türkiyənin zəlzələ bölgəsində – Qaziantep, Kahramanmaraş, Adıyaman, Osmaniye və Kilis vilayətlərində zərərin qiymətləndirilməsi işləri tamamlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində dağılan binaların 96%-i 1999-cu ildən öncə inşa edilib.