İlham Əliyev Türkiyənin dəstəyindən danışdı

“Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz torpaq bütövlüyünü bərpa etmişdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

“Türkiyə, onun cümhurbaşkanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım, cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları birmənalı Azərbaycanı dəstəkləmişdir. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə əlavə güc verdi, əlavə ruh verdi”, – deyə dövlət başçısı vurğulayıb.