Qardaşı Azər Zeynalovun istefasından danışdı

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov vəzifəsindən istefa verib.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün A.Zeynalovun qardaşı Ceyhun Zeynalovla əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib:

“İstefa səbəbini bilmədiyim üçün dəqiq bir söz deyə bilmərəm. Düzü, mən Bakıdayam, qardaşım Naxçıvandadır. İstefa səbəbi haqda heç bir məlumatım yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az