Azərbaycan iranlı narkotaciri İnterpola verdi – FOTO

Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

Globalinfo.az bildirir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onun saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.

Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verib - FOTO