Bərdədə kafedə iki nəfər güllələndi – FOTOLAR

Bərdədə kafedə iki nəfər güllələnib.

Globalinfo.az bildirir ki, APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə kafedə iki nəfər güllələnib - FOTO Bərdədə kafedə iki nəfər güllələnib - FOTO