AYB-dən ev alan şair: “Xaricdə mülklərim…”

“Məni tanıyanlar bilir ki, Azərbaycan Respublikasında şəxsi evim, mülküm yoxdur. İlk dəfədir Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən evlə təmin olunuram”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında şair Elxan Zal Qaraxanlı AYB-dən ev alması haqda danışarkən deyib.

O, Tovuz rayonunda ata evinin olduğunu bildirib:

“Həmin ev də mənim deyil, kiçik qardaşım yaşayır. Azərbaycanda evimin olmadığını deyirəm, elə bilərlər, xarici ölkədə mülküm var, amma heç yerdə evim, mülküm yoxdur. Dövlət Yazıçılar Birliyinə ərazi verib, AYB-də bir şirkət tapıb orada ev tikdirib, müəyyən faizini bəzi yazıçılara hədiyyə edib. Tənqid edənləri də anlayıram. Amma bu, sosial təminat fondu deyil axı ki, Yazıçılar İttifaqı durub bütün şeir yazan evsizlərə ev bağışlasın”.

Zaira Akifqızı
Globalinfo.az