
Bu gün paytaxtda avtobuslardan birində xoşagəlməz hal yaşanıb.
Globalinfo.az xəbər verir ki, hadisə 21 nömrəli marşrut xəttinə məxsus avtobusda qeydə alınıb.
Məlumata görə, sərxoş kişi avtobusa minib və digər sərnişinlərə qarşı qeyri-əxlaqi münasibət sərgiləyib.
Belə ki, içkili halda olan şəxsin işlətdiyi qeyri-etik ifadələr və davranışları sərnişinlərdə narazılığa və narahatlığa səbəb olub.
Nəticə etibarı ilə, yaşı 50-60 arası olduğu ehtimal edilən kişi bir neçə dayanacaq sonra sərnişinlərin və sürücünün səyi nəticəsində avtobusdan endirilib.
Zaira Akifqızı
Globalinfo.az