lnt 0

7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sərnişin sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtüb.

Lent.az-ın sorğusuna “Bakubus”dan bildirildi ki, 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:

“Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub”.

783255542 908162571915793 7073921718589437307 n 1787559126 781206899 908162505249133 7382163615333363267 n 1787559138

Paylaş: