“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir: “Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.