Sahra Wagenknecht comp

Müharibə tərəfdarlarının “Rusiya təhdidi” ilə bağlı sərt açıqlamaları real müharibəyə yol aça bilər və buna qarşı çıxmaq lazımdır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Almaniyanın “Ağıl və Ədalət Alyansı”nın rəhbəri Sara Vaqenknext sosial media hesabında paylaşıb.

Onun sözlərinə görə, Rusiya ilə qaçılmaz müharibə barədə xəbərdarlıqlar yenidən silahlanma və qarşıdurma siyasətini əsaslandırmaq üçün istifadə olunur. Vaqenknext bildirib ki, bu yanaşma diplomatiya ilə əvəz olunmasa, təhlükəli şəkildə özünü doğruldan peyğəmbərlik effektinə çevrilə bilər.

Siyasətçi bu açıqlamanı ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın “dərin dövlət”in Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olduğu və Vaşinqtonu Rusiya ilə müharibəyə sürükləmək istədiyi barədə fikirlərinə cavab olaraq verib.

Qeyd edək ki, daha əvvəl irlandiyalı jurnalist Çay Bouz da NATO-nun Rusiya təhlükəsi ilə bağlı apardığı təbliğata özünün inanmadığını açıqlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: