photo 2025 04 26 19 58 04

ABŞ Niderlanda 2,19 milyard dollar dəyərində 175 ədəd “Tomahawk” qanadlı raketinin satışına razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat yayıb.

Alınacaq raketlər Niderland Kral Hərbi Dəniz Qüvvələrinin “De Zeven Provincien” sinifli freqatlarına və hazırda inşası davam edən yeni gəmilərə yerləşdiriləcək.

Bu addım Niderland Kral Donanmasını NATO daxilində uzaqmənzilli yerüstü hədəflərə zərbə endirə bilən azsaylı donanmalardan birinə çevirəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: