Meral Akşener xəstəxanaya yerləşdirildi

Türk siyasətçi, “İyi” Partiyanın sədri Meral Akşener xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məluimat verib.

“Meral Akşenerə “ürəyin aritmiyası” diaqnozu qoyulub. O, gecəni xəstəxanada keçirəcək. Səhhəti üçün ciddi təhlükə yoxdur və sabah evə buraxılacaq”, – deyə Zorlu qeyd edib.