QTJDEP2DZRI7JGDK4WEZ6CB2PU

Güclü küləyin təsiri ilə Yunanıstanın müxtəlif bölgələrində, o cümlədən Afina yaxınlığında meşə yanğınları genişlənib. Eyni zamanda Fransa və İspaniyada da vəziyyət yenidən pisləşib.

Globalinfo.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Yunanıstanda Agiya Paraskevi və Porto Germeno ərazilərində yanğınlarla mübarizə davam edir. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir, bəzi ərazilərdə isə müdaxiləni mümkünsüz edir. Hakimiyyət bir neçə yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə göstəriş verib.

Fransanın Var departamentində üç gün əvvəl nəzarət altına alınan yanğın yenidən alovlanaraq cəmi altı saat ərzində 1000 hektardan çox ərazini bürüyüb. Gecə ərzində təxminən 2500 nəfər təxliyə olunub.

İspaniyada isə ölkə üzrə fövqəladə vəziyyət ləğv edilsə də, Leon vilayətində yeni yanğın ocaqları qeydə alınıb. Zamora və Kastellon bölgələrində vəziyyət nisbətən sabitləşib və bəzi yaşayış məntəqələrinin sakinlərinə evlərinə qayıtmağa icazə verilib.

Məlumata görə, Avropada bu il meşə yanğınlarının miqyası artıq ötən ilin rekord göstəricilərini üstələyib. Mütəxəssislər bunu qış aylarında yağıntının çox olması, ardınca isə rekord istilər və quraqlıq səbəbindən bitki örtüyünün sürətlə alışan hala gəlməsi ilə izah edirlər. Bundan başqa, yüksək temperatur Avropanın bir sıra ölkələrində minlərlə insanın həyatını itirməsinə səbəb olub.

WVAZKQTWFRNN3AUL5HJI6TF43I FD25UOBQX5NRRLGBZLEBR53H2Y CQJY6KQ5UJJMNH4K65SCWY4KHY B5M7IRTUHNJEVJ26UFGT2HKTSE 667NS6PCE5PU7PJNYLXIFLTKMQ 7KTVQWQGSVKKPCO7PUV3VHA62A 4UYK33UJUBKZLFDMT7OHSF5SNQ 3VIEFNJX5VLWJBSZU3NBPBJN4U 2WO2PZRZJJJSRDHSIBUNEWTINU

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: