Avropa üçün böyük təhlükə yaxınlaşır: Qorxunc ssenari

IMG 20250702 WA0220

Rusiyalı iqtisadçı Mixail Xazin Qərbi Avropa və Yaxın Şərqdə yaxın zamanda terror təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.

Globalinfo.az-ın xəbərinə görə, Xazin bu barədə “Moskva danışır” radiosuna açıqlamasında deyib. O, 2025-ci ildə bu bölgələrə səyahət edənləri ehtiyatlı olmağa çağırıb.

Xazin riskin əsas səbəbi kimi İranın dəstəkçisi kimi çıxış etməyə çalışan sünni terror qruplaşmalarının fəallığını göstərib. Onun sözlərinə görə, bu təşkilatlar Yaxın Şərqdə, Avropada və hətta Rusiyada terror aktlarına cəhd edə bilərlər.

İqtisadçı xüsusilə Dubay və Abu Dabi daxil olmaqla bəzi turizm bölgələrinin də risk altında olduğunu bildirib. Alternativ kimi isə Cənub-Şərqi Asiya ölkələrinə — Hindistan, Vyetnam, Tayland və Çinə səfərləri tövsiyə edib.

Tahir Turan

Globalinfo.az