Avropa Parlamenti bu xəritəyə görə üzr istədi

Avropa Parlamenti “X” şəbəkə səhifəsində Krımın Rusiyanın bir hissəsi kimi qeyd olunan xəritə ilə yazı dərc edib.

Globalinfo.az xəbər verir ki, paylaşım ukraynalı abunəçilərin kəskin etirazına səbəb olub.

Parlament daha sonra buna görə üzr istəyib, yazı və xəritə silinib.

Bundan sonra infoqrafika düzəldilib və yenilənib.

Qeyd edək ki, xəritə beynəlxalq ticarətə həsr olunmuşdu.