Avropa Bakı və İrəvandan bunu gözləyir – Kallas

016

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlmasında deyib.

Kallas qeyd edib ki, Bakı və İrəvan razılığa gəlməyə çox yaxındırlar.

“Düşünürəm ki, onların bu sülh sazişi imzalaması hamının marağındadır”, – Aİ rəsmisi bildirib.