Araz Ağalarovdan dəhşətli hadisə ilə bağlı daha bir açıqlama

“Crocus Qrup”un Rusiyada obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Araz Ağalarov TASS-a bildirib.

“Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız isə yaratmaq. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”, – deyə Ağalarov deyib.