Araik bu həftə “istefa verəcək”, sonra isə…

Xankəndidəki qondarma rejimin “rəhbəri” Araik Arutyunyan bu həftənin sonuna kimi “istefa verəcək”. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası və sosial şəbəkə seqmentində məlumatlar yayılıb.

Onun BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasındakı uğursuzluqdan sonra “istefasını” dəqiqləşdirdiyi iddia edilir.

Araikin “yerinə” Samvel Babayanın gələcəyi ehtimal edilir.

Hazırda Xankəndidə insanları Samvel Babayanın ətrafında birləşməyə və Araiki “hakimiyyətdən” salmağa çağırırlar. Separatçılar bunun onların yeganə qurtuluş yolu olduğunu bildirirlər.

Qeyd edək ki, S.Babayan Bakı ilə danışıqları müdafiə edən şəxslərdən biridir.

Ayşən Mustafa
Globalinfo.az