Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər bazarında yoxlama keçiriblər.
Globalinfo.az xəbər verir ki, “Zülfüqaroğlu” MMC-yə məxsus bazardasüd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.