AQTA-dan Hacıqabuldakı zəhərlənmə haqda açıqlama

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən Hacıqabul rayonunda baş vermiş hadisənin səbəblərinin araşdırılmasına başlanılıb.

Bu barədə Globalinfo.az-a AQTA-dan bildirilib.

“İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri istirahət məqsədilə səfər etdikləri Oğuz rayonunda ev şəraitində hazırladıqları və yol kənarından aldıqları qida məhsullarını istehlak etdikdən sonra geri qayıdarkən Hacıqabul rayonu ərazisində vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar. Araşdırmalar davam edir”, – məlumatda qeyd edilib.