Ananın halı pisləşdi, körpə qucaqdan düşərək öldü

Zaqatalada 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Qımır kəndində baş verib.

Körpə anasının qucağında olarkən ananın halı qəflətən pisləşib və körpə qucağından yerə düşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.