ANAMA vətəndaşlara müraciət etdi: “Məsuliyyətli davranın”

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə Agentlikdən Globalinfo.az-a daxil olan məlumatda qeyd edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.