rusiya qeza

(Foto şərtidir)

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

“İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib”.

***16:07

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə qəzaya düşüblər.

Globalinfo.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov BMW markalı avtomobilin idarəetməsini itirib və maşın yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış 2 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstəriləndən sonra R.Bəylərzadə və M.Qasımov Gəncə Şəhər Xəstəxanasına göndəriliblər. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.

Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.

Paylaş: