Almaniyadan Ərdoğana təbrik mesajı: “Bir-birimizə bağlıyıq”

Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, kansler bununla bağlı tvitterdə paylaşım edib.

Təbrik paylaşımını təqdim edirik:

“Almaniya və Türkiyə yaxın tərəfdaşlar, müttəfiqlərdir, biz həm də sosial və iqtisadi baxımdan sıx bağlıyıq. Prezident Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. İndi biz ortaq məsələlərimizdə birlikdə addım atmağı arzu edirik”.