NATO Baş katibi Rusiyaya xəbərdarlıq etdi

“Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynadakı savaşı Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər”.