
Ermənistan parlamentinin spikeri Alen Simonyanı ölümlə təhdid edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, təhdid mesajları göndərən şəxs xaricdə yaşayan ermənidir.
“Həmin insan Rusiyadadır və heç erməni dilində yazmağı da bacarmır. O məni və azyaşlı övladımı öldürməklə hədələyir. Hüquq-mühafiə orqanların müraciət etmişəm. Ümid edirəm ki, onlar tezliklə həmin şəxsi taparlar”, – Simonyan bildirib.
Aysel Əliyeva
Globalinfo.az