6b0af104978c66b0af104978c717958791726b0af104978c46b0af104978c5

Albaniyada Baş nazir Edi Ramanın istefasını tələb edən tələbələrin etiraz aksiyası zamanı polislə toqquşma baş verib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, aylardır davam edən hökumət əleyhinə nümayişlər çərçivəsində Tiranada toplaşan etirazçılar polisin daş və molotof kokteyli atıblar.

Polis isə nümayişçilərə qarşı su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Qeyd edək ki, hökumətdə korrupsiya, iş yerlərinin çatışmazlığı və təhsilin aşağı səviyyəsinə qarşı narazılıq səbəbindən oktyabrın ortalarından başlayan etirazlar Tiranadan digər şəhərlərə də yayılıb.

Paylaş: