ermeni esger 1231

“44 günlük müharibədən sonra döyüşlərdə iştirak etmiş 14 minə yaxın əsgərin psixoloji sağlamlığı təhlükədədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Qəhrəmanların Reabilitasiya Şəhəri” mərkəzinin rəhbəri Suren Akopyan deyib.

O, müharibədən sağ qayıdan əsgərlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı heç bir işin görülmədiyini bildirib:

“İl hələ yeni başlayıb və mən yenə əsgərlərə göstərilən etinasız davranışla bağlı narazılıq edirəm. Döyüşlərdən qayıdan minlərlə əsgərin psixoloji sağlamlığı təhlükədədir. Kiçik psixoloji problemlərə vaxtında müdaxilə edilməsə, bu, ciddi psixi xəstəliyə çevriləcək. 4 ildir dövlət qurumları və bu sahə üzrə mütəxəssis olan şəxslər sanki tədbir görülürmüş kimi mənzərə yaradırlar. Lakin ortada heç nə yoxdur. Onların sosial həyata inteqrasiyası, işə cəlb olunmasına problem yaranır. Şirkət rəhbərləri bizneslərinin zərər görməməsi üçün susurlar, onlarla bağlı hər hansı addım atmırlar, ya da işə qəbul etməkdən çəkinirlər. İldən-ildən onlar üçün müalicə imkanları daha da mümkünsüz olur. Əsgərlər qısamüddətli müalicəyə belə cəlb edilməyiblər. Vəziyyət çox narahatedicidir, onları belə çarəsiz qoymaq cinayətdir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: