27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafada keçirilən silsilə tədbirlər çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Globalinfo.az xəbər verir ki, aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə veteranları, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.