Ağdamda partlayış: yaralı var

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.

Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.