agdam

Ağdamda başlayan yanğın Xocavənd rayonunun ərazisinə keçib.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, Ağdam rayonunun Gülablı kəndində başlayan yanğın sürətlə genişlənərək, Xocavənd rayonunun Mirikənd kəndi istiqamətində yayılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Ağdam, Ağcabədi, Yevlax və Xankəndi rayonlarından cəlb olunmuş 7 yanğınsöndürən texnika və 80 nəfərlik şəxsi heyət, eləcə də 2 helikopter yanğının söndürülməsi istiqamətində tədbirlər görür.

Paylaş: