Ağdamda minik maşını yanıb.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, yanğın hadisəsi Quzanlı – Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Dürdanə Hümmətalıyevaya məxsus “Chevrolet” markalı 35 BN 249 dövlət nömrəli avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını şəxsi heyətlə cəlb olunub. Yanğınsöndürənlər yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb.