Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.
