47f4b74f a820 3154 b8c2 12a92bd1fa9d 825

Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, Ağcabədi şəhər ərazisində baş vermiş qəzada “VAZ-2106” və “Opel” markalı minik maşınları toqquşub.

İdarəetməni itirən “VAZ” yol kənarında dayanan “Mercedes” markalı minik maşınına çırpılıb.

Nəticədə sürücü 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: