qeza 91

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər – 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: