Hindistanda qeyri-adi hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
Belə ki, ad gününü qeyd edən bir kişi üç nəfərlə mübahisə edərək onları öldürüb.
Məlumata görə, qonaqlar zarafat məqsədilə ad günü tortunu kişinin üzünə yaymaq qərarına gəliblər. Bu isə onu qəzəbləndirib.
Vəziyyət tez bir zamanda ciddi mübahisəyə çevrilib və nəticədə atışma baş verib.
Atəşi kimin ilk açdığı hələlik məlum deyil.
Xəstəxanaya aparılan üç nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlar aldıqları yaralardan ölüblər.
Bildirilib ki, əsas şübhəli Jubilee Jitu Saini polisdən gizlənir.
Əliyar Xəlil
Globalinfo.az