suriya 1

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

Globalinfo.az bildirir ki, “Report” bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

“Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir”, – bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Paylaş: