İsraillə genişmiqyaslı müharibəyə hazırıq – Hizbullah lideri

 

“İsraillə genişmiqyaslı müharibəyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Hizbullah lideri Seyid Həsən Nəsrullah deyib.

O bildirib ki, İranın Dəməşqdəki konsulluğuna hücum İsrailin müharibədə gözlənilən məğlubiyyətinin başlanğıc nöqtəsidir.

“İranın cavab zərbəsi qaçılmazdır. Mövcud vəziyyətdə bəyan edirik ki, İsrailin Livana hücumu baş versə, müqavimət qüvvələri genişmiqyaslı müharibəyə girməkdən qorxmayacaq. Biz müharibəyə hazırıq və indiyədək düşmənlə baş verən toqquşmalarda istifadə olunmayan silahları işə salacağıq. İsrailin Qəzza zolağında fələstinlilərə qarşı təcavüzü dayandırılana qədər Livanın cənubu cəbhədə qaynar nöqtə olaraq qalacaq. Netanyahunun heç bir perspektivi yoxdur, o, HƏMAS-ı məğlub edə bilmədi. İsrailin böyük daxili problemləri və beynəlxalq arenada uğursuzluqları var”, – deyə Hizbullah lideri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az