ABŞ və Livan İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını qoruyub saxlamaq hüququnu tanıyıb.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnu qəbul ediblər.
Netanyahu həmçinin qeyd edib ki, pilot layihə çərçivəsində İsrail ordusu Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxarmağı planlaşdırır. Həmin ərazilərdən biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun sərhədində yerləşir.
Baş nazir Vaşinqtonda Livanla imzalanan çərçivə sazişi barədə də danışıb və bu hadisəni ni “tarixi” adlandırıb.
“Bu razılaşma münaqişənin dayandırılması istiqamətində irəliləməyə imkan verir”, – deyə Netanyahu vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az