Rus qırıcısı ilə toqquşan ABŞ dronunun görüntüləri yayıldı – VİDEO

Martın 14-də Qara dəniz üzərində suya düşən ABŞ dronunun görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, sözügedən videogörüntünü Rusiya Su-27 qırıcısının kabinəsindəki kamera qeydə alıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin iddia etdiyinə görə, martın 14-də Qara dəniz üzərində – Krımın hava ərazisində ABŞ dronu hava sərhədini pozub, daha sonra PUA idarəetməni etirərək suya çırpılıb.

Hər iki hava cisminin toqquşduğu bildirilir.