ABŞ Ukraynaya nüvə zərbəsi endirilməsinə hazırlaşırdı

“ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinə hazırlaşırdı”.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Vaşinqton 2022-ci ilin avqustunda Xersondan geri çəkildikdən sonra Moskvanın Ukraynada taktiki nüvə silahından istifadə etməyə hazır olduğuna əmin idi. Həmin ilin yay və payız aylarında ABŞ Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün bir neçə iclas keçirdi. Bildirildi ki, nüvə eskalasiyası riski yalnız başqa bir nüvə dövlətinin müharibəyə birbaşa müdaxiləsi halında mövcuddur”.

Safura Bənnayeva
Globalinfo.az