ABŞ Türkiyə seçkilərində qanlı qırğın törədəcək – İDDİA

Vətən Partiyasının sədri Doğu Perinçek ABŞ-ın Türkiyədəki seçkilərdə qanlı qırğın törətmək istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, D.Perinçek Vaşinqtonun Ankaraya qarşı plan qurduğunu iddia edib.

“Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yarırəsmi orqanı olan “Foreign Policy” jurnalında “bu seçkilər zamanı Türkiyədə qanlı qırğın olacaq” başlığı ilə yazı dərc edilib. Beləliklə, ABŞ bu seçkilərdə qanlı qırğın törədəcəyini bütün dünyaya bəyan etmiş oldu.

Sonra Almaniyanın ən çox oxunan jurnallarından olan “Stern” Prezidentimiz Ərdoğanı “od vuran” adlandırdı. Ssenari, plan ortadadır. Bir millət olaraq ABŞ mərkəzli bu hücumlara qarşı ümumi mövqe nümayiş etdirməliyik”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az